Pakistan rəsmiləri bildirirlər ki, Svat vadisində
intiharçının hücumu nəticəsində azı 14 polis çağırışçısı həlak olub. Bu,
hərbçilər məntəqəyə nəzarəti taliban yaraqlılarından geri aldıqdan bəri ən
qanlı hadisədir. Rəsmilər hücumun ölkənin şimal-qərbindəki Minqora şəhərində bu
gün baş verdiyini bildirirlər. Bu əməliyyat
Svat vadisində intiharçılara təlim verən düşərgənin dağıdılmasından bir gün
sonraya təsadüf edir. Ordunun bəyanatında qeyd edilib ki, təlim düşərgəsi
barədəki məlumat kəşfiyyat mənbələrindən əldə edilib. Düşərgənin aşkar edilməsinə yerli sakinlər
yardım edib. Əməliyyat nəticəsində 6 yaraqlı öldürülüb və bir neçəsi yaralanıb.