Accessibility links

'Vaşinqton Pakistanı Silahlara Nəzarət İxracı Aktını pozmaqda ittiham edir'


New York Times qəzeti yazır ki, Vaşinqton Pakistanı ABŞ-da istehsal olunan raketləri qeyri-qanuni şəkildə yer hədəfli silahlara uyğunlaşdırmaqda ititham edib. Bu, isə Hindistana potensial təhlükədir. Qəzetin məlumatına görə, ittiham iyun ayının sonunda ictimaiyyətə açıqlanmadan diplomatik etiraz şəklində baş nazir Yusuf Rza Gilani və digər yüksək vəzifəli rəsmilərə bildirilib. The New York Times yazır ki, ABŞ rəsmiləri Pakistanın raketlərinin sistemini dəyişdirməsindən şübhələnir. Bu dəyişiklik Silahlara Nəzarət İxracı Aktını pozur. Fransa xəbər agentliyinin məlumatına görə isə, Pakistan rəsmiləri The Times-da dərc edilən məqalədəki ittihamların Pakistan və onun silahlı qüvvələrini ləkələmək kampaniyasının bir hissəsi olduğunu bildirib.
XS
SM
MD
LG