Accessibility links

Əfqanıstanda seçki nəticələri ləğv oluna bilər


Əfqanıstanda prezident seçkilərinin hesablanan hissəsinin nəticələri göstərir ki, prezident Həmid Karzai səslərin çox hissəsini əldə edib. Yekun nəticələr yaxın günlərdə açıqlanacaq. Seçki rəsmiləri 20 avqust seçkilərinin 35 faizinin hesablandığını bildirib. Hazırkı nəticələrə görə, cənab Karzai 46 faiz, onun əsas rəqibi Abdulla Abdulla isə 31 faiz dəstəyə malikdir. Cənab Karzai dəstək əldə etmək üçün səhra komandirlərini prosesə cəlb etməkdə tənqid olunur. 2000-ə yaxın Taliban məhbusun qətliyamında müəyyən qədər məsuliyyət daşıyan Əbdül Rəşid Dostum keçən həftə prezidentin lehinə kampaniya aparıb. İki mindən çox şikayət qəbul edən Seçki Şikayətləri Komissiyası isə nəticələrin ləğv oluna bilcəyini deyib. Komissiya bildirib ki, şikayətlər arasında 450-si nəticələrin ləğv olunmasına səbəb olacaq qədər ciddidir.
XS
SM
MD
LG