Pakistan hərbiçiləri Svat vadisində intiharçılara
təlim verilən düşərgənin dağıdıldığını bildirirlər. Ordunun bəyanatında deyilirki, məlumat kəşfiyyat mənbələrindən əldə
edilib və təlim düşərgəsinin aşkar edilməsinə yerli sakinlər yardım edib. Əməliyyat
nəticəsində 6 yaraqlı öldürülüb və bir neçəsi isə yaralanıb.
Dünən
Britaniya Pakistanın sərhəd bölgərində sabitliyin bərqərar edilməsi və
ekstremismin vurduğu ziyanların aradan qaldırırlması məqsədi ilə Pakistana 1
milyard dollar məbləğində yardım göstəriləcəyini bildirib. Böyük Britaniyanın
baş naziri Gordon Braun bu vədi Pakistan prezidenti Asif Əli Zərdari ilə London
görüşü zamanı verib.