İran
dissident ruhanisi ölkə liderlərini seçki sonrası iğtişaşları yatırmaq üçün
səlahiyyətlərini aşmaqda ittiham edib. Ali Ayətulla Hüseyn Əli Müntəziri deyib
ki, İran liderləri hökumətin nə islamçı, nə də respublikaçı olduğunu bəyan
etməlidir, belə ki, ölkədə heç kəsə öz fikir və tənqidləriniə ifadə etməyə icazə
verilmir. İran rəsmiləri iyun ayında prezident Mahmud Əhmədinejadın yenidən
dövlət başçısı seçilməsinin etiraz olaraq keçirilən aksiyalar zamanı minlərlə
adamı həbs edib. Prezidentin tənqidçisi olan çoxsaylı islahatçı dövlətə qarşı
cinayət işləməkdə ittiham olunur. Bu həftə veb səhifəsində Ayətulla Müntəziri
deyib ki, məhkəmələr islam ədliyyə sisteminin məsxərəyə salınmasını göstərir.