İsrailin
insan haqları qrupunun hesabatında deyilir ki, İordan çayının qərb sahilində
yəhudi sakinlərin yaşayış məəntəqələrinin inşasında azalma müşahidə edilmir. İsrail keçən həftə mübahisəli və zorakılıqlara
səhnə olan ərazilərdə yeni tikintilərin
təsdiqini dayandırdığına işarə etmişdi. Ancaq bu gün İsrailin “Peace Now” qrupunun açıqladığı hesabata görə, 2009-cu ilin birinci yarısında 600 yeni ev inşa edilməyə başlayıb.
Qrup deyir ki, hökumət yeni inşaları təsdiq etməsə belə, İordan çayının qərb
sahilində 40 min yeni tikilinin inşasına icazə var. Birləşmiş Ştatlar İsrail
hökumətinə Fələstinlilərin liderləri ilə gərginliyi azaltmaq üçün tikintini
dondurmasına təzyiq göstərir.