Accessibility links

Əfqanıstanda prezidentliyə namizədlər lazımı səsləri topladıqlarını iddia edir


Əfqanıstanın seçki komissiyasının rəsmisi dünən keçirilən prezident seçkilərinin qalibinin elan edilməsinin hələ tez olduğunu bildirib. Prezident Həmid Karzayın seçki kampaniyasının nümayəndələri prezidentin topladığı səslərin təkrar seçkilərə ehtiyac qoymadığını deyir.

Prezident Karzayın ən yaxın rəqibi, sabiq xarici işlər naziri Abdulla Abdullanın sözçüsü onun lazımı səs çoxluğunu topladığını iddia edir. Lakin müstəqil Seçki Komissiyasının baş katibi Davud Əli Nəcəfi seçkilərin ilkin nəticələrinin dörd gündən sonra elan edilə biləcəyini deyib.

Talibanın təhlükəsinə baxamayaraq, milyonlarla əfqan səsvermədə iştirak edib. Kabil, Qəndahar və digər şəhərlərdə yol verilən zorakılıqlar səbəbi ilə 26 adam həlak olub.

XS
SM
MD
LG