Accessibility links

Atlantik Okeanı qasırğası Billin gücü zəifləməkdədir


Sinoptiklərin məlumatına görə, Atlantik Okeanı qasırğası Billin gücü zəifləməkdədir. Mayamidə yerləşən Milli Qasırğa Mərkəsinin bildirdiyinə görə, küləyin sürəti saatda 205 kilometrə enib.

Billin Bermuda adalarının 1270 km-liyindən şimal-qərbə doğru saatda 30 km sürətlə irəlilədiyi bildirilir. Qasırğanın Livard adalarının şimal hissəsindən keçəcəyi və gələn iki gün ərzində Karib hövzəsindəki adaları təsirinə məruz qoyacağı təxmin edilir.

Gələn həftənin əvvəllərində qasırğa Kanadanın şərq bölgələrini təhlükə altına ala bilər. Bill qasırğası 5 ballı şkalanın 4-cü kateqoriyasında yer alırdı. Hazırda 3-cü kateqoriyaya enən qasırğanın 5-ə yüksələcəyi gözlənilir.

XS
SM
MD
LG