Accessibility links

İran hökuməti gündəlik "Milli Etimad" qəzetinin bağlanması barədə göstəriş verib


İranın islahatyönümlü partiyasının bildirdiyinə görə, ölkə rəsmiləri prezident seçkilərində uduzan Mehdi Kərrubinin seçkilərə etiraz aksiyaları zamanı həbs edilənlərin həbsxanalarda zorakılıqlara məruz qaldıqları barədə açıqlamasını dərc edən gündəlik "Milli Etimad" qəzetinin bağlanması barədə göstəriş vermişlər. Cənab Kərrubinin başçılıq etdiyi partiyanın Veb səhifəsində qəzetin artıq bu gün dərc edilmədiyi xəbər verilir.

Cənab Kərrubi İranın nüfuzlu din xadimi Əkbər Haşemi Rəfsəncaniyə həbs edilən qadın və yeniyetmə oğlanların həbsxanalarda zorlamalara məruz qaldıqlarına görə mental və psixoloji baxımdan əziyyət çəkdikləri barədə məktub yazmışdı. Cənab Kərubinin müraciəti ölkənin sərt-xətt təmayüllü rəsmilərinin hiddətinə səbəb olmuş və İran parlamentinin spikeri bu ittihamları əsassız adlandırmişdır.

Dünən isə İranın digər müxalifət lideri, Mir Hüseyn Musəvi yeni social-siyası hərəkat olan “Yaşıl Ümid Yolu” təşkilatını yaratdığı barədə açıqlama verib.


XS
SM
MD
LG