ABŞ
prezidenti Barak Obamanın səhiyyə naziri tibbi xidmət islahatları
tənqidçilərini qorxu taktikasından istifadə etməkdə günahlandırıb. Səhiyyə və Humanitar Xidmətlər naziri Katlin
Sebelius deyib ki, planın opponentləri yanlış olaraq iddia edirlər ki,
islahatlar zəif və ahıl şəxslərin evtanaziyasına yol açır. Lakin xanım Sebelius bu ittihamlara cavab
olaraq həyatın sonu ilə bağlı yaşlılarla məsləhətləşmə müddəasının qanun
layihəsindən çıxarıldığını və özəl şirkətlərlə rəqabət aparacaq dövlət səhiyyə
sektorunun danışıqlar masasından götürüldüyünü elan edib.