Accessibility links

Rusiya Almaniyanın maşınqayırma və gəmiqayırma sektoruna investisiya qoyur


Almaniya kansleri Angela Merkel cümə günü Rusiyanın maşın və gəmiqayırma sektoruna investisiyasına dəstəyini izhar edib. Kansler Rusiya prezidenti Dmitri Medvedevlə Qara Dəniz kurort şəhəri Soçidə danışıqlar aparıb. Müzakirə mövzuları sırasında Kanadanın Maqna və Rusiyanın Sberbank maşınqayırma şirkətlərinin Amerikanın iflasa uğramış General Motors şirkətinin alman filialı olan Opeli alması olub. Həmçinin Rusiyanın Almaniyanın 5-ci ən iri gəmiqayırma şirkəti olan Vadana yatırım qoyması müzakirə edilib.

Soçidə keçirilən danışıqlarda xanım Merkel və cənab Medvedev cümə axşamı Kanadanın Maqna və Rusiyanın Sberbankın GM-lə əldə etdiyi razılıq haqda danışıblar. Kansler Merkel Rusiya prezidenti ilə danışıqlarında ölkəsinin Maqnanın təklifinə üstünlük verdiyini, lakin Rusiyanın da layihədə iştirakını arzuladığını bəyan edib. Kansler Merkel deyib ki, iki lider General Motors-la Almaniya Federal Hökuməti, Federal ərazilər və Avropa tərəfdaşları arasında ortaq məxrəcin aranıldığını bildirib.

Razılığına detalları hələlik açıqlanmayıb, lakin Maqna söyləyib ki, GM-lə Maqna arasındakı danışıqlarda bir sıra mühüm məsələlər artıq həll olunub. Berlin siyasətçilərinin çoxu Almaniyada Opelin 25 min iş yeri barədə narahatlıq keçirirlər və onlar Maqna və rusların təklifinə müsbət yanaşırlar.

Rusiya öz tərəfindən ümid edir ki, Opelin texnologiyası öz maşın sənayesini tənəzzüldən çıxarmağa imkan verəcək. Prezident Medvedev əldə olunan razılığın Rusiya iqtisadiyyatını müasirləşdirə biləcəyini deyib. Son onillikdə sürətlə inkişaf edən rus iqtisadiyyatı qlobal maliyyə böhranının ardınca sərt geriləmə ilə üzləşir və Rusiya şirkətləri Avropa Birliyi bazarlarına çıxışa can atırlar.

XS
SM
MD
LG