İranın
bir qrup islahatçısı ali dini lider Ayətulla Əli Xamaneyinin rəhbərliyə uyğun
olub-olmadığını müəyyən etmək üçün araşdırma aparılmasını tələb edib. Dünən Ali Dini Şuraya göndərilən məktubda
qurumdan ali liderin konstitusional vəzifəsini yerinə yetirmək iqtidarında
olub-olmadığını yoxlamaq xahiş olunur. Bu günə kimi ali dini lideri
fəaliyyətini sual altına almaq siyasi tabu olsa da, İran Konstitusiyasına görə,
Ali Dini Şura ali dini lideri təyin etmək və onu azad etmək səlahiyyətinə
malikdir. İyunda keçirilmiş prezident
seçkilərindən bəri Ayətulla Xameneyidən narazılıq artır. Eyni zamanda İranda seçkilərdən sonra həbs
edilmiş nümayişçilərə qarşı zorlama və işgəncə iddialarının sayı artır. Qeyd edək ki, məğlub namizəd Mehdi
Kərrubi bu həftə həbsxana rəsmilərini məhbuslara qarşı zorlamadan istifadədə və
işgəncələrə məruz qoyaraq öldürməkdə ittiham etmişdi.