Accessibility links

İranda mühafizəkar ruhani işgəncə iddialarını rədd edib


İranın mühafizəkar ruhanisi siyasi etirazçıların həbsdə olan zaman isgəncələrə məruz qalaraq ölməsi iddialarını rədd edib. Ali ruhani Əhməd Xatəmi bu gün Tehran Universitetində cümə namazı zamanı deyib ki, tanınmış müxalifət lideri və sabiq parlament spikeri Mehdi Kərrubinin işgəncə iddiaları İranın düşmənlərinə xidmət edir. O, Kərrubinin dediyi sözlərə görə məhkəməyə çıxarılmasına çağırıb. Qeyd edək ki, Kərrubi dünənki bəyanatında bəzi məhbusların məruz qaldığı həddən artıq ağır cəzaların detallarını açıqlayıb. O, həbsxana rəsmilərini kobut rəftardan, zorlamadan və ölənədək döymədən istifadədə ittiham edib. Bu iddialar İranın sərt-xətt tərəfdarı mühafizəkar dairələrini qəzəbləndirib və mühafizəkarla daha müasir ruhanilər və siyasətçilər arasında yaranmış siyasi bölünməni daha da dərinləşdirib.
XS
SM
MD
LG