Accessibility links

ABŞ konqresmeni Yaxın Şərq sülh danışıqlarının pozulmasında fələstinliləri günahlandırıb


ABŞ-ın demokrat qanunvericilərindən ibarət nümayndə heyətinin başçısı İsraillə sülh danışıqlarının pozulmasında fələstinliləri günahlandırıb. Konqresmen Steni Hoyer bu gün Qüdsdə deyib ki, danışıqlar qarşısında əsas maneə Fələstinlilərin prezidenti Mahmud Abbasın israillilərlə oturub müzakirə aparmaq istəməməsidir.

Fələstinlilərin rəsmiləri bildirir ki, sülh proseseini canlandırmaq üçün İsrail Qüdsün şərqində və İordan çayının Qərb sahilində yaşayış məntəqələrinin inşasını dayandırmalıdır.

Obama administrasiyası İsraili yaşayış məntəqələrinin inşasını dayandırmağa çağırıb. Lakin İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, yaşayış məntəqələrinin inşası məhdud qaydada davam etdirilməlidir.

Bu arada, beynəlxalq Human Rights Vvatch təşkilatı bildirir ki, keçən il Qəzza zolağında İsralin üç həftə ərzində həyata keçirdiyi hücumlar zamanı İsrail əsgərləri 11 fələstinli mülki vətəndaşı qətlə yetiriblər. Təşkilat İsraili qətllərdə ittiham etdiyi hesabatını bu gün açıqlayıb.

XS
SM
MD
LG