Accessibility links

Prezident Kennedinin bacısı Yunis Kennedi Şrayver dünyasını dəyişib


Birləşmiş Ştatların qətlə yetirilmiş prezidenti Con Kennedinin bacısı Yunis Kennedi Şrayver 88 yaşında dünyasını dəyişib. Şrayver bu gün Massauçets ştatının Hyannis şəhərində evində vəfat edib.

Amerikanın nüfuzlu siyasi ailəsinə mənsub Şrayver bir neçə dəfə iflic keçirmişdir. O, 1968-ci ildə əlil uşaqlar üçün Olimpiya oyunları təsis etmişdir. Hazırda dünyanın 150 ölkəsindən əlil uşaq üçün xüsisi Olimpiada keçirilir.

Təşkilatın bəyanatında deylir ki, Şrayver tarixdə dünyanı dəyişdirə bilən bir neçə insandan biri olmuşdur.

Onun ailəsinin açıqlamasında isə Şrayverin yüksək əqidəyə malik bir insan olub həyatın mənasını başqalarına sevgi vermək və xidmət etməkdə gördüyü deyilir.

Şrayverin qardaşı, 1962-ci ildən Konqresdə liberallara liderlik edən senator Edvard Kennedi deyib ki, o, Kennedi ailəsinin “bacarıqlı insandan gözləntilər həmişə çoxdur” prinsipini yaxşı bilirdi.

Prezident Barak Obama Şrayverin fövqəladə qadın adlandıraraq, bütün dünyaya fiziki və əqli sədləri aşmağın mümkün olduğunu öyrətdiyini demişdir. Şrayver Kennedilər ailəsinin doqquz övladından biri idi.

XS
SM
MD
LG