Accessibility links

Rusiya Ukraynaya yeni səfir göndərməkdən imtina edir


Rusiya prezidenti Dmitri Medvedev Ukraynanı anti-Rusiya siyasəti yürütməkdə ittiham edərək deyir ki, o, sabiq Sovet respublikasına yeni səfir göndərməyi təxirə salır.İnternet səhifəsində yerləşdirdiyi video bəyanatda prezident Medvedev öz baxışlarını Ukrayna prezidenti Viktor Yuşçenkoya açıq məktubda açıqladığını bildirir.Cənab Medvedev deyib ki, yeni səfirin öz vəzifəsinə başlaması ikitərəfli münasibətlərdə müsbət dinamikadan asılı olacaq.O, ümid etdiyini bildirib ki, yeni Ukrayna rəhbərliyi əlaqələri yaxşılaşdırmağa hazır olacaq.Ukraynada prezident seçkiləri yanvarda keçiriləcək.Ötən illərdə Rusiya ilə Ukrayna arasında münasibətlər gərginləşib.
XS
SM
MD
LG