Accessibility links

Maykl Cekson haqda filmin çəkilişinə icazə verilib


Pop kralı Maykl Ceksonun pərəstişkarları onun son məşqləri haqda çəkiləcək filmi izləyə biləcəklər.

Los Anceles məhkəməsinin hakimi Mitçel Beklof Maykl Ceksonun varidatını idarə edən fond, konsertlərin təşkilatçısı AEG Live və Columbia Pictures şirkətləri arasında razılığın təsdiq edilməsi haqda qərar çıxarıb.

Film Maykl Ceksonun Londonda verəcəyi 50 konsertə hazırlıq məqsədilə səhnə arxasında və məşqlər zamanı çəkilmiş yüzlərlə saat video material əsasında çəkiləcək. Burada həmçinin Ceksonun dostları və həmkarları ilə müsahibələr səslənəcək.

Columbia Pictures filmin çəkiliş hüququnu almaq üçün 60 milyon dollar ödəyib, Maykl Ceksonun fondu gəlirlərin 90 faizini götürəcək.

Hakim Beklof Maykl Ceksonun anası Ketrin Ceksonun müqavilələrlə bağlı hər hansı bir etirazını bildirməsi və filmin çəkilişinə razılıq vermək üçün qərarın elan edilməsini bu həftəyə qədər saxlamışdı. Ketrin Cekson filmin çəkilişinə etiraz bildirməyib.

XS
SM
MD
LG