Hindistan rəsmiləri deyir ki, paytaxt Dehlidə
terror aktları həyata keçirməyə hazırlaşan 2 şübhəli şəxs dünən nəzarət altına
alınıb. Polisin bildirdiyinə görə, Hindsitanın Kəşmir regionundan olan Cavid Əhməd
və Aşiq Əli Hizbul Mücahidin qrupunun üzvüdür. Hindistan mətbuatı bildirir ki,
şübhəlilərin Pakistanın terrorçu qrupları ilə də əlaqəsi var. Polisin
açıqlamasına görə, həbs zamanı onların üzərində odlu silahlar, partlayıcı
maddələr və sənədlər müsadirə edilib. Sübhəlilər Hindistan polisinin xüsusi
terrorizmlə mübarizə qrupu tərəfindən ələ keçirilib. Avqustun 15-i Hindistanını
Böyük Britaniyadan müstəqillik əldə etməsinin ildönümü ərəfəsində ölkədə
təhlükəsizlik tədbirləri gücləndirilib.