Accessibility links

NATO-nun Baş katibi Əfqanıstanda əlavə əsgəri qüvvəyə ehtiyac olduğunu deyib


NATO-nun yeni baş katibi deyib ki, Əfqanıstanda missiyasının müvəffəq olması üçün əlavə əsgəri qüvvəyə ehtiyac var.

Anders Fog Rasmussen bu gün BBC televiziyasına müsahibəsində deyib ki, NATO Əfqanıstanın cənubunda inkişafa nail olub, lakin bunun bir səbəbi əsgərlərin sayının artırılması ilə əlaqədardır.

Danimarkanın keçmiş baş naziri olan Rasmussen vəzifəsinin icrasına bu ayın əvvəli başlayıb. O deyib ki, Əfqanıstanda missiyanın əsas məqsədi təhlükəsizliyə görə məsuliyyəti əfqanlara ötürməkdən ibarətdir.

Birləşmiş Ştatlar ordu komandirlərinin belə görünür, əsgərlərinin sayının artılmasını istəyəcəklərini bildiriblər. Gürcütan partlamenti əlavə əsgəri qüvvə göndərilməsi haqda qərarı təsdiq edib. Lakin Kanadanın Xarici işlər naziri Lorens Kannon Kanada əsgərlərinin planlaşdırıldığı kimi 2011-ci ilə qədər vətənə qaytarılacağını təsdiq edib.

XS
SM
MD
LG