Accessibility links

İran rəsmiləri Tehranda jurnalistlər assosiasiyasının ofisini bağlayıb


Tehrandakı İran Jurnalistlər Assosiasiyası rəsmilərin dünən gecə qurumun ofisini bağladığını bildirib.

İran mətbuatı Assosiyalar üzrə katib Bərd əl-Sədət Mofidiyə istinadən xəbər verib ki, ədliyyə rəsmiləri ofisi order əsasında bağlayıblar.

Beynəlxalq Jurnalistlər Federasiyası bu gün bəyanat verərək, İran rəsmilərini, onların sözlərilə, “jurnalistləri qorxutma kampaniyası” na son qoymağa çağırıb. Təşkilatın bildirdiyinə görə, Tehrandakı ofisdə reyd silahlı şəxslər tərəfindən həyata keçirilib.

Federasiyanın baş katibi Aydan Uayt İranın Avropa İttifaqı və Brüsseldəki səfiril ilə görüşüb. O deyib ki, federasiyanın filialı olan İran Jurnalistlər Assosiyasının fəaliyyət göstərməsinə imkan verilməlidir.

XS
SM
MD
LG