Accessibility links

Rəbiyə Kadir Çin hökumətini övladları anaya qarşı çevirmək cəhdində ittiham etdi


Mühacirətdə yaşayan uyğur siyasi fəal Rəbiyə Kadir Çin hökumətini öz uşaqlarını onu Sincandakı etnik zorakılıqlara görə qınamağa məcbur etməkdə ittiham edir. Kadir bu ittihamı bu gün Sidneyə gəldikdən sonra açıqlayıb. Çinin dövlətə məxsus Şinhua xəbər agentliyi deyilənə görə Kadirin oğlu, qızı və kiçik qardaşı tərəfindən imzalanmış məktubu nəşr edib. Həmin məktubda deyilir ki, mühacirətdə olan fəal internetdən istifadə edərək Sincandakı uyğur türklərini Han çinlililərə qarşı iğtişaşa törətməyə sövq edib. Hökumət iğtişaşlar zamanı azı 197 adamın həlak olduğunu söyləyir. Məktubu yazan uç şəxs Kadirin ittiham olunan hərəkətlərindən qəzəbləndiklərini və xəcalət çəkdiklərini bildirib. Kadir isə rəsmi Pekinin qeyri insani hərəkət edərək öz övladlarını ona qarşı çevirməyə cəhd etdiyini deyir.
XS
SM
MD
LG