Accessibility links

NATO-nun yeni baş katibi Rusiya ilə əsl strateji əməkdaşlıq qurmaq istəyir


NATO-nun yeni baş katibi deyib ki, o, vəzifəyə Rusiya ilə əsl strateji əməkdaşlığı inkişaf etdirmək səylərilə başlayacaq.

Şənbə günü alyansın baş katibi vəzifəsinə keçmiş Danimarkanın sabiq baş naziri Anders Foq Rasmusssen bu açıqlamanı bu gün Brüsseldə verib. O deyib ki, alyans Rusiya ilə əks-terror, Əfqanıstan, quldurluqla mübarizə və nüvə tərksilahı kimi sahələrdə praktiki əməkdaşlığı genişləndirməyə çalışacaq.

NATO-nun Baş katibi qonşularının suverenliyi və ərazi bütövlüyünə hörmət etmək üçün Rusiyaya təzyiq göstərməyə söz verib. NATO və Rusiya arasında münasibətlər keçən il Rusiya-Gürcüstan münaqişəsindən sonra pozulmuş və Rusiyanın Gürcüstan və Ukraynanın alyansa üzvlük istəyinə etirazlarına görə daha da gərginləşmişdir.

XS
SM
MD
LG