Accessibility links

Prezident Obama: İnvestisiya və innovasiya tərəqqiyə gətirib çıxaracaq


ABŞ prezidenti Barak Obama iqtisadi durumin yaxşılaşdığını deyib, lakin gələcək inkişafın uzun müddətli investisiyalar və innovasiyadan asılı olacağını əlavə edib.

Həftəlik radio müraciətində cənab Obama bildirib ki, cümə günü açıqlanmış hesabat tənəzzülün azaldığına işarə edir, lakin iqtisadiyyatın tam bərpası hələ vaxt aparacaq. Cənab Obamanın bildirdiyinə görə, davamlı tərəqqi təhsilli və bacarıqlı işçilərin, innovasiyaya təşviq edib qiymətləri aşağı səviyyədə saxlayan səhiyyə sistemi, təmiz enerjiə əsaslan iqtisadi sistem, tədqiqat və inkişafa investisiyanın olduğu şəraitdə mümkündür.

Prezidentin təklif etdiyi səhiyyə xidmətləri proqramı irəliyə doğru addım hesab edilir. ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsi bütün amerikalılar üçün səhiyyə sığortasını nəzərdə tutan qanun layihəsini dünən təsdiq edib. Qanun layihəsi Konqresin hər iki palatasında gələn ay səsverməyə qoyulacaq.

Müxalif Respublikaçılar partiyasının prezidentin radio müracitinə cavabında Cənubi Dakota ştatından senator Con Thune təkliflərin defisitin artmasına gətirib çıxaracağını və səhiyyə xidmətləri sahəsində vəziyyəti yaxşılaşdırmayacağını deyib.

XS
SM
MD
LG