Accessibility links

AB Cənub-Şərqi Avropa ölkələrinə yardım ayırır


Avropa Birliyi Serbiyaya büdcə böhranından, Türkiyə və Balkan dövlətlərinə isə iqtisadi böhrandan xilas olmaq üçün kömək məqsədilə yardım paketlərini təsdiq edib. Avropa Komissiyası bu gün bəyan edib ki, qurum Serbiyanın iqtisadi stabilliyinə yardım etmək üçün 141 milyon dollarlıq vəsait ayırıb. Təşkilat habelə iqtisadi böhrana cavab paketinin bir hissəsi kimi Balkan dövlətləri və Türkiyəyə 120 milyon dollar verməyi planlaşdırır. Avropa Birliyinin bəyanatında deyilir ki, Türkiyə və Balkanlara yardım investisiya vəsaitlərinin axınını təmin etməyi, bank sektorundan islahatlara köməyi və iş yerlərinin artımını nəzərdə tutur.
XS
SM
MD
LG