Nigeriyada islamçı yaraqlılarla iki günlük
döyüşlər zamanı çoxsaylı insanın həlak olmasından sonra hökumət qüvvələri yeni
zorakılıq dalğasının qarşısını almaq üçün ölkənin şimalında keşik çəkirlər.
Hökumət Yobe, Kano, Bauçi və Borno ştatlarında qarşıdurma zamanı 55 adamın
öldüyünü bildirib. Ancaq hadisələrin şahidi olmuş yerli sakinlər və
jurnalistlər ölüm hallarının 150-dən çox olduğunu dilə gətirir. Zorakılıqlar
bazar günü islamçı yaraqlı qrupun Bauçi ştatında polis bölməsinə hücum
etməsindən sonra baş qaldırıb. Onların bölməyə hücum etməsinin səbəbi
liderlərindən bir neçəsinin həbs edilməsi olub. Hücumlar ikinci gün Yobe, Kano
və Borno şəhərlərinə yayılıb.