İraq, Türkiyə və Birləşmiş Ştatların yüksək səviyyəli rəsmiləri İraqın şimalında məskunlaşmış və Türkiyəyə qarşı çıxış edən kürd üsyançılarına qarşı mübarizə yollarını müzakirə etmək üçün bir araya gəlmişlər.
Türkiyənin daxili işlər naziri Bəşir Atalayın ev sahibliyi etdiyi yığıncaq bu gün Ankarada keçirilıib. Danışıqlarda Birləşmiş Ştatlardan briqada generalı Stiven Hammer, İraqdan isə Milli Təhlükəsizlik naziri Şirvan Əl-Veyli iştirak etmişlər.
Görüş zamanı Ankara və beynəlxalq ictimaiyyətin bir çox üzvü arasında kürdlərin terrorçu qrupu kimi tanınan PKK təşkilatına qarşı hərbi əməkdaşlıq barədə müzakirələr aparıldığı bildirilir.