Accessibility links

Təhqiqat Maykl Ceksonun qəbul etdiyi dərmanın təsiri nəticəsində vəfat etdiyini bildirib


Maykl Ceksonun pərəstişkarları həkimin ona verdiyi güclü ağrıkəsən dərmanın pop kralın ölümünə səbəb olduğu haqda məlumatlara qarışıq reaksiya veriblər. Bu xəbərlər adının açıqlanmasını istəməyən hüquq-mühafizə orqanlarının rəsmisinin çərhlərindən sonra yayılıb.

İyun ayının 25-i Maykl Ceksonun vəfat etdiyi gün həkim Konrad Mürrey gecəyarıdan sonra iynə ilə onun damarına güclü dərman yeridib.

Polis keçən həftə Mürreyin ofisində qətl işi ilə bağlı axtarış aparıb. Rəsmi nümayəndənin bildirdyinə görə, Cekson müntəzəm olaraq yatmaq üçün dərman qəbul edirdi. Həkim o yatanda onun damarına yuxu dərmanı yeridib, ayıq qalmaq istəyəndə dərmanı kəsirmiş.

Təhqiqat məhz propofol preparatının onun ürəyinin dayanmasına səbəb olduğunu düşünür.

Ceksonun bu preparatı son 2 ildir qəbul etdiyinə inanılır.

XS
SM
MD
LG