Accessibility links

Fransa prezidenti hospitalı tərk edib


Fransa prezidenti Nikola Sarkozı Parisdəki hərbi hospitalı tərk edib. Cənab Sarkozı bazar günü Versay sarayı yaxınlığında qaçarkən huşunu itirdikdən sonra xəstəxanaya düşmüşdü. Prezident idarəsi bildirir ki, neyroloji testlərin nəticələri normaldır, və cənab Sarkozı güman ki, istilikdən və ifrat yorğunluqdan huşunu itirib. Rəsmilər deyir ki, cənab Sarkozının ürək döyüntüsünə nəzarət edən əsəb damarında yüngül problem var. Rəsmi açıqlamaya görə Fransa prezidenti 45 dəqiqə idman etdikdən sonra yıxılıb.
XS
SM
MD
LG