Aparıcı
Amerika qəzeti bildirir ki, sabiq prezident Corc Buş ABŞ torpağında terror
şübhəlilərini həbs etmək üçün hərbi qüvvədən istifadəni nəzərdən keçirib. Sabiq administrasiya rəsmilərinə istinad edən
New York Times məlumat verir ki, vitse-prezident Dik Çeyni başqa ali rəsmilərlə
bərabər 2002-ci ildə Nyu York ştatının şimalında Əl Qaida şübhəlilərini
yaxalamaq üçün əsgərlərdən istifadə etməyi tövsiyə edib. Konstitutsiya və başqa ABŞ qanunları daxili
reydlərdə hərbi qüvvədən istifadəni məhdudlaşdırır. Qəzetin yazdığına görə Dik Çeyni hesab edirdi
ki, hərbçilər tərəfindən saxlanılan şübhəlilərə qarşı dəlil standardları
nisbətən aşağı olar. Sabiq milli
təhlükəsizlik müşaviri Kondoliza Rays və Federal Təhqiqalar Bürosunun o zamankı
direktoru Robert Müller başqaları ilə birlikdə planın əleyhinə çıxmışdı.