Pop kralı Maykl Ceksonunn cəsədini tapan tapmış həkim qətl işi ilə əlaqədar sorğu-sual edilir. Polis həkim Konrad Murreyin Hyüstondakı klinikasında qətllə əlaqədar axtarış aparılması haqda order verib.
Ceksonun vəfat etdiyi Los Anceles şəhərinin polisi federal agentlərlə həkimin ofisindən sənədləri müsadirə etmiş və kopyüterdəki faylların hamısının surətini çıxarmışlar. Mürrey Ceksonun şəxsi həkimlərindən biri idi. Onun vəkili axtarışın keçirildiyini, sənədlər və digər əşyai-dəlillərin götürüldüyünü təsdiq edib.
Polis Mürreylə yanaşı, Maykl Ceksonu müalicə edən bir neçə həkimi sorğu-sual edib. Ceksonun ölümünün rəsmi səbəbi hələlik təsdiq edilməyib, belə ki, müstəntiqlər toksikoloji nəticələrin açıqlanmasını gözləyirlər. Müstəntiqlər diqqəti Ceksonun evində tapılmış güclü yuxu dərmanları üzərində yönəldiblər.
Rəsmi nəticələrin olmadığı halda, Ceksonun ölümü ətrafında şaiyələr arta bilər. Ceksonlar ailəsinin bəzi üzvləri onun qətlə yetirildiyini bildirirlər.