Accessibility links

Rusiyanın Həştərxan şəhərində yataqxana uçub


Dünən Rusiyanın Həştərxan şəhərindəki fabrikin yataqxanasının dağılması azı iki nəfərin ölümünə səbəb olub. Rəsmilərin bildirdiyinə görə, xilasetmə işçiləri bu gün dağıntılar altından bir qadın və bir uşağın cəsədini çıxarmışlar. Region rəsmiləri dağılan beşmərtəbəli binanın Sovet dövründə tikildiyini deyirlər. Onlar binanın çox köhnə olduğu üçün dağıldığını təxmin edirlər. Dağılan binanın 25 mənzilinə ziyan dəydiyi bildirilir.

Dağıntılar altında qalanların axtarışına kömək məqsədi iləDağıstan və Stavropoldan xilasetmə dəstələrinin də gəldiyi deyilir. Artıq bir uşaq da daxil edilməklə, xilas edilən 4 nəfərin xəstəxanaya aparıldığı və hələ də 6 nəfərin itkin düşdüyü xəbər verilir.

XS
SM
MD
LG