Bu
gün Kipr bu Aralıq Dənizi adasını ikiyə bölən Türkiyə hərbi müdaxiləsinin 35-ci
ildönümünü qeyd edir. Yunan Kipri
boyunca müdaxilə sirenalarla anılıb.
Şimalda isə Türkiyə baş nazir müavini Cemil Çiçek bildirib ki, Türkiyə
heç zaman Şimali Kipr türklərinin qarantı rolundan geri çəkilməyəcək. 1974-cü il iyulun 20-i Kipri Yunanıstanla
birləşdirməyə çalışan Kipr yunanlarının dövlət çevrilişinə cavab olaraq Türk
qüvvələri adaya daxil oldu. O vaxtdan
bəri Kiprin üçdə biri 40 minlik türk qüvvələrinin nəzarətindədir. BMT Kiprin yerdə qalan ərazisini rəsmi Kipr
dövləti kimi tanıyır. 2008-ci ildə
tərəflər arasında sülh danışıqları başlayıb.