Pakistan polisi bildirir ki, silahlı şəxslər
ölkənin qaynar şimal-qərb bölgəsində dörd polis zabitini öldürüblər. Rəsmilər deyirlər ki, əməliyyat bu gün səhər Peşəvər şəhərinin
ətrafında baş verib. Hələlik hücumun məsuliyyətini heç kim öz üzərinə
götürməyib. Lakin İslamçı yaraqlılar bu
regionda təhlükəsizlik qüvvələrinin üzərinə vaxtaşırı hücumlar təşkil edirlər. Polis rəsmiləri həmçinin deyir ki, ölkənin
şimal-qərbindəki Bannu şəhəri yaxınlığında yol kənarında yerləşdirlmiş bomba
partlayışında yarı hərbi qüvvələrdə xidmət edən bir əsgər həlak olub, yeddi
nəfər isə yaralanıb. Pakistanın hərbi qüvvələri Svat vadisində taliban
yaraqlılarına qarşı genişmiqyaslı hücumlar təşkil edirlər. Məqsəd taliban lideri Beytullah Məhsudun
tayfaların yaşadığı Cənubi Vəziristan və şimal-qərb bölgələrndəki hədəflərini dağıtmaqdır.