Rusiyanın sülhməramlı mandatı yeniləməkdən
imtina etməsindən sonra bu gün BMT-nin müşahidəçi missiyasının son üzvləri də
Gürcüstanı tərk edib. Missiya rəsmiləri deyir ki, bu gün Suxumi şəhərini tərk
edən müşahidəçilər orada olan 130 nəfərlik missiyanın tərkib hissəsi olub. Bu
missiya 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra başlayan Gürcü-Abxaz
münaqişəsinə son qoyan 1994-cü il atəşkəs razılaşmasına nəzarət edir.
Müşahidəçi missiya iyun ayının ortalarında Moskva BMT Təhlükəsizlik Şurasının
mandatın uzadılması haqda qətnaməyə veto qoyduqdan sonra dayandırılmışdı.
Moskvanın oxşar mövqeyi üzündən ATƏT də keçən ayın sonlarında Gürcüstandan sülhü
mühafizə xidmətçilərini çıxarıb.