Accessibility links

İran Böyük Səkkizliyə cavab verdi


İran xarici işlər naziri Böyük Səkkizliyin İranda 12 iyun prezident seçkilərinsən sonra ölkədəki qarşıdumalar əleyhinə bəyannaməsinin və Tehranın nüvə silahları proqramının izlənməsinin çəkisi olmadığını bildirib. Xarici işlər naziri Manuçehr Mottəki bu gün Tehranda jurnalistlərə deyib ki, İran Qərb üçün təkliflər paketi hazırlayır və bu, danışıqlar üçün əsas baza olacaq. Mottəkinin sözlərinə görə, İran rəsmiləri dünən başa çatan Böyük səkkizlərin 3 günlük sammitindən heç bir yeni mesaj almayıblar. Qeyd edək ki, dünyanın ən zəngin dövlətlərinin liderləri İtaliyanın Lakuila şəhərində görüşüb. Sammit zamanı Böyük Səkkizliyin İranla bağlı məsələlərdə səbrinin tükəndiyi bildirilən bəyannamə açıqlanıb. Dünən ABŞ prezidenti Barak Obama deyib ki, İran ya sentyabr ayına kimi nüvə fəaliyyətini sona çatdırmaq üçün danışıqlara qoşulmaq istəyini nümayiş etdirməli ya da kəskin ölçülərlə üzləşməlidir.
XS
SM
MD
LG