İsrailin Milli Tərlükəsizlik Məsələləri üzrə müşaviri Uzi Arad İranın onun ölkəsinə qarşı nüvə hücumuna cürət etsə, tamamilə dağıdılacağını deyib. Uzi Arad bu gün gündəlik "Haaretz" qəzetinə müsahibəsində deyib ki, İsrailin nüvə hücumlarının qarşısını alacaq və ya cavab verə biləcək güclü silahlara ehtiyacı var. Bu isə İsrailin heç vaxt etiraf etmədiyi nüvə arsenalına işarədir. Cənab Arad nüvə qabiliyyətli İranın İsrail üçün kabus olduğunu deyib.
Keçən həftə İsrailin baş naziri Benyamin Netanyahu nüvə qüdrətli İranın təkcə İsrailə deyil, Qərb sivilizasiyasına da təhlükəli olduğunu demişdi. Cənab Netanyahu dünyanın ən pis rejimlərinin təhlükəli silahlar əldə etməsinin bəşəriyyəti böyük bir hədə qarşısında qoyduğunu deyib. "Dünyada sülh, təhlükəsizlik və ortaq dəyərlər naminə biz buna yol verməməliyik" – deyə, cənab Netanyahu bildirib.
İsrail nüvə proqramının sülh mahiyyəti daşıdığını deyən İranın nüvə silahları inkişaf etdiyindən əmindir. İsrail beynəlxalq diplaomatiya baş tutmasa, İranın nüvə obyektlərinə elan edilmədən hücum edə biləcəyi barədə xəbərdarlıq verir.