Hondurasın
hakimiyyətdən salınan prezidenti Manuel
Zelaya və onun devrilməsinə yardım edən Roberto Miçeletti ölkədəki siyasi böhranın həlli məqəsdi ilə
görüş keçirib. Görüş ABŞ-ın dəstəyi ,
Kosto Rikanın prezidenti və Nobel mükafatı laureatı Oskar Ariasın vasitəçiliyi ilə Kosto Rikada təşkil edilib. San Hoseyə yola düşməzdən əvvəl cənab Zelaya
müxbirlərə müvəqqəti hökumətə hakimiyyəti
tərk etməsi üçün 24 saat veriləcəyini deyib. Müvəqqəti hökumətin rəhbəri
Robaert Miçeletti isə hakimiyyətin keçidi məsəsləsinin ümzakirə mövzusu
olamyacağını bildirib. ABŞ Miçeletti hökumətini tanımaqdan imtina edir. Manuel
Zelaya iyun ayının 28-də hərbi çevriliş nəticəsində hakimiyyətdən
uzaqlaşdırılmışdı.