Accessibility links

İnsan hüquqları müdafiəçiləri Nyu-Yorkda mətbuat konfransı təşkil edib


İranda bir müddət həbsdə saxlanılan Amerikalı jurnalist Roksana Saberi insan hüquqları müdafiəçilərinin siyasi məhbusların azadlığa buraxılması çağırışlarına qoşulub.

İranda insan hüquqları naminə beynəlxalq kampaniya, Human Rights Watch, Amnesty İnternational və xarici Press Klubunun Nyu-York şəhərində təşkil etdikləri mətbuat konfransında insanların yalan ifadələr verməyə məcbur edildiyinə diqqətləri cəlb etməyə çalışıb.

Eksperlətin bildirdiyinə görə, İranda iyun ayının 12-də keçirilən prezident seçkilərin sonra 200-dən artıq insan hüquqları müdafiəçisi, ziyalılar və vətəndaş cəmiyyətlərinin liderləri həbs edilib.

Roksana Saberi deyib ki, məhbusların etiraflarının etibarlılığı suallar doğurur. Belə ki, İran müstəntiqləri öz əməllərinə bəraət qazandırmaq üçün təzyiqlər altında insanları ifadə vermyə məcbur edir. Saberi İranda casusluq itithamı ilə həbs edilmişdi.

XS
SM
MD
LG