Argentina
prezidenti Kristina Fernandez de Kirknerin hakim Peronist Partiyası Bazar günü seçkilərində Konqresə nəzarəti
itirib. Onun əri, sabiq prezident Nestor
Kirkner Buenos Ayres vilayətində varli biznesmen Fransisko de Narvaezlə yarışda
məğlub olub. Seçicilər dünən Konqresin
aşağı palatasının yarısı, Senatın isə üçdə biri üzərində səs veriblər. Tam nəticələr hələ açıqlanmayıb. Prezident Fernandezin müttəfiqləri altı ildir
ki, Argentina Konqresinə nəzarət edirlər.
Lakin son rəy sorğuları prezidentə dəstəyin 30 faizə düşdüyünü
göstərir. Ekspertlər göstərəcilərə əsas
səbəb kimi iqtisadiyyatı görür.