Accessibility links

Bu gün Albaniyada parlament seçkiləri keçirilir


Bu gün Albaniyada parlament seçkiləri keçirilir. Bu ölkənin Avropa İttifaqına üzvlüyü üçün mühüm hesab edilən seçkilər Albaniyada 1990-cı illdrdə kommunizm rejiminin süqutundan sonra 7-ci seçkilərdir. Bundan əvvəlki seçkilər beynəlxalq standartlara cavab verməyib. Albaniya seçkilərini 500-ü beynəlxalq olmaqla, 3000-ə yaxın müşahidəçi monitorinq edir. Səsvermə məntəqələrinin açılışından saatlar keçsə də, ciddi pozuntular qeydə alınmayıb. Bu gün ATƏT-in xüsisi nümayəndəsi Robert Boş Albaniyanın prezidenti Bamir Topi və Amerikanın o ölkədəki səfiri ilə birgə mətbuat konfransında iştirak edib, seçiciləri səsvermənin ədalətli keçiriləcəyində əmin etməyə çalışıb.

XS
SM
MD
LG