Accessibility links

Mahmud Əhmədinejad ABŞ-ı yenidən tənqid edib


İran prezidenti Mahmud Əhmədinejad ABŞ prezidenti Barak Obamanı yenidən tənqid edərək Birləşmiş Ştatların İranın daxili işlərinə qarışdığını deyib. Rəsmi İRNA xəbər agentliyi bu gün İran liderinə istinadən bildirib ki, cənab Obama dəyişikliklər haqda danışır, ancaq İran dövlətçiliyinə müdaxiləni davam etdirir. Dünən prezident Obama İranda nümayişçilərə qarşı seçkisonrası zorakılıqları qəbulolunmaz adlandırıb. O, habelə deyib ki, son hadisələr İranla birbaşa dialoqa və diplomatiyaya təsir edəcək. Rəsmilər deyir ki, iyunun 12-də prezident seçkilərindən bəri zorakılıqlar zamanı 17 nəfər həlak olub. Ancaq şahidlər bu rəqəmin daha çox olduğunu bildirir.
XS
SM
MD
LG