Accessibility links

İranın Nəzarət Şurası iyun ayının 12-də keçirilən prezident seçkilərinin ən təmiz seçkilər olduğunu bildirir


İranın Nəzarət Şurası iyun ayının 12-də keçirilən prezident seçkilərinin ən təmiz seçkilər olduğunu bildirərək, müxalifətin saxtakarlqılara yol verildiyinə dair iddialarını rədd edib.İRNA xəbər agentliyinin məlumatına görə, şura Mahmud Əhmədinejadın yenidən prezident seçilməsinə yol açan səsvermə zamanı ciddi pozuntuların qeydə alınmadığını bildirib.


Həm Nəzarət Şurası, həm də İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi seçkilərin nəticələrinin ləğv edilməyəcəyini bəyan edib. İran ruhanisi Əhməd Xatəmi hökuməti etiraz aksiyalarının təşkilatçılarının amansızcasına cəzalandırılmasına çağırıb. O, nümayişçiləri qiyamçı adlandıraraq, onların Allaha qarşı çıxdığını bildirib.



XS
SM
MD
LG