Bu gün İranda müxalifət yenidən Mahmud Əhmədinejadın seçkilərdəki qələbəsinə etiraz olaraq kütləvi aksiyalarını davam etdirib. Mir Hüseyn Musəvi Tehranın İmam Xomeyni meydanında on minlərlə tərəfdarı arasında olub. Meydana toplaşanlar əvvəlki günlərdən fərqli olaraq bu gün seçkisonrası zorakılıqlarda həlak olanların xatirəsinin anılması məqsədi ilə əsasən qara geyiniblər. Daha əvvəl isə nümayişçilər etiraz aksiyaları zamanı Mir Hüseyn Musəvinin seçki kampaniyası rəngi olan yaşıl paltarlar geyinməyə üstünlük verirdilər. İran nümayişçilərlə polis arasında qarşıdurma zamanı 7 nəfərin həlak olduğunu təsdiq edib.
Əl Ərəbiyyə telekanalının məlumatına görə, İranın ali Nəzarət Şurası 12 iyun prezident seçkiləri zamanı yol verilən saxtalaşdırma iddialarına dair 646 şikayətə baxır. Şura hər 3 məğlub namizədi şənbə günü məsələnin müzakirəsinə çağırıb. İranın Press TV telekanalı bildirib ki, ölkənin ali dini lideri Ayətulla Əli Xameneyi sabah cümə namazına rəhbərlik edəcək və o, namizədləri də həmin namazda iştiraka çağırıb.
Dünən internetdə nümayişçilərdən ibarət insan dənizi nümayiş etdirən 3 video yayılıb. Nümayişçilər “Allahu əkbər” və "Diktotora ölüm" şüarları səsləndiriblər. Etiraz aksiyalarının video və fotolarıəsasən Facebook və Tvitter kimi sosial şəbəkə saytları vasitəsi ilə yayılır.