İranda cərəyan edən hadisələrə ABŞ
prezidenti Barak Obama yenidən ehtiyatlı reaksiya göstərib:"ABŞ-ın İranla əlaqələrinin tarixini nəzərə aldıqda ABŞ prezidentinin İrandakı seçkilərə müdaxilə
etdiyi təsəvvürü yaratmaq yaxşı olmazdı".
Ancaq o deyib ki, seçki
nəticələrinə etiraz edən nümayişçilərə qarşı zorakılıqlar barədə sakit qala bilməz:"Harada olursa olsun mən dinc insanların zorakılıqlara məruz qaldığını
görəndə narahatlıq hissi keçirirəm və bu həmçinin amerika xalqını narahat edir.
Hökumətlər vətəndaşları ilə belə
davranmamalıdır".
Barak Obama İranda beynəlxalq
icmaya qarşı olan keçmiş siyasət haqda sual qaldırılıb. "İranda nəsə baş verir,
bu ölkədə daha geniş azadlıqlar, məsələlərin daha geniş müzakirəsi və daha
geniş demokratiya istəyən insanlar var"-deyə ABŞ prezidenti bildirib.
Barak Obama bu açıqlamaları dünən Ağ Evdə verib. İranda isə seçkilərin saxdalaşdırıldığını iddia edən Musəvi tərəfdarlarının sabah da nümayişlər keçirəcəyi gözlənilir.