Belarus Rusiya ilə münasibətlərində gərginliyin artdığına görə bu ölkə ilə sərhədlərin qorunmasını gücləndirib. Relarusun gömrük rəsmiləri prezident Aleksandr Lukoşenkonun Rusiyaya aparan əsas yolda nəzarəti gücləndirmək barədə göstərişini yerinə yetiriblər. Belarusun Milli Təhlükəsizlik Şurasının başçısı Yuri Jadobin iqtisadi böhranla əlaqədar ölkəsinin Rusiyadan gələ biləcək ziyanlara qarşı tədbirlər gördüyünü deyib.
Bu ayın əvvəlində Rusiya sağlamlığa zərəri olduğunu deyərək, Belarusdan gələn süd məmulatlarına qadağa qoydu. Qeyd edək ki, Belarusun əsas ixrac məhsulu südd və süd məmulatlarıdır və bunun üçün əsas bazar Rusiyadır. Belarus rəsmiləri ölkənin Moskvaya tabe olmadığına görə Rusiyanının Belarusu cəzalandırmaq üçün belə bir addım atdığını deyirlər. Rusiya rəsmiləri isə bunun siyasətlə heç bir əlaqəsi olmadığını desələr də iki ölkə arasında gərginlik artmaqda davam edir.
Rusianın Gürcüstanın separatçı regionları Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması barədə təzyiqlərinə baxmayaraq Belerus belə bir addım atmayıb. Bundan sonra isə Moskva Belarusa vəd etdiyi 500 milyon dollarlıq krediti verməktən imtina etmişdir.