Pakistan ordusu Taliban lideri Beytulla Məshuda
qarşı yeni hərbi hücuma hazırlaşır. Bazar günü yayılan bu məlumat bu gün
açıqlanan hərbi bəyanatla təsdiqini tapıb. Bəyanatda deyilir ki, qoşunlar
Əfqanıstanla sərhəd Cənubi Vəziristan vilayətində Talibanın sığınacaqlarına
hücuma keçməyi planlaşdırır. Hərbi rəsmilər Əfqanıstan tərəfdə olan ABŞ və NATO
qüvvələrinin yaraqlıların ucqar regionlardan Əfqanıstana qaçmasının qarşısını
almaq üçün Pakistan qüvvələri ilə birgə işləyib- işləməyəcəyini təsdiq
etməyib.CənubiVəziristandan daxil olan yerli məlumatlara görə, bəzi sakinlər
zorakılıqlar səbəbi ilə evlərini tərk edib.