Birləşmiş Ştatların birinci xanımı Mişel Obama moda dünyasının ona rəğbətinin bir daha şahidi oldu.
Xanım Obama Amerika Moda dizaynerləri şurasının xüsusi mükafatına layiq görülüb.
Nyu Yorkda Linkoln teatrında keçirilən tədbirdə Mişel Obama özü iştirak etməyib özünün lentə alınmış video müraciətini göndərib.
Gecənin iştirakçıları olan moda dünyasının ulduzları Haydi Klum, Maykl Kors və başqaları xanım Obamanın moda dünyasına verdiyi töhfələri qeyd ediblər.
Haydi Klumun sözlərinə görə, Mişel Obama öz üslubu ilə siyasi moda dünyasında inqilab yarada bilib.
Dizayner Maykl Kors birinci xanım üçün geyimlər hazırladğına görə şərəf duyduğunu bildirdi.
Mişel Obama üçün geyimlər hazırlayan digər dizaynerlər Narziso Rodriges, Ceyson Vu və Takoon Panichgul da Amerika Moda Dizaynerləri Şurasının mükafatlarını alıblar.