Accessibility links

Yəməndə 9 əcnəbi girov götürülüb


Yəmən rəsmiləri qadın və uşaq daxil olmaqla 9 əcnəbinin girov götürüldüyünü bildirirlər. Hökumət rəsmiləri 7 alman, britaniyalı bir mühəndis və Cənubi Koreyalı bir müəllimin girov götürülməsinə görə şiə yaraqlı qrupu günahlandırıb. Alman girovlar 3 uşaq, 2 tibb bacısı ,bir mühəndis və onun həyat yoldaşından ibarədir. Yəmən rəsmiləri bildirirlər ki, girovlar beynəlxalq yardım qrupunun üzvüdür və onlar Səada xəstəxanasında işləyirlər. Girov hadisəsinin məsuliyyətini heç bir qrup üzərinə götürməyib. Lakin Yəmən hökuməti bu işin məsuliyyətini Huti yaraqlı qrupunun üzərinə atır.
XS
SM
MD
LG