Accessibility links

İnquşetiyada Ali Məhkəmənin hakimi qətlə yetirilib


Rusiya rəsmiləri Şimali Qafqaz regionunda İnquşetiyada silahlı şəxslərin hakimi qətlə yetirdiyini bildirirlər.

Onların bildirdiyinə görə, silahlı şəxslər İnquşetiyanın Ali Məhkəməsinin hakimi Aza Qazgireyavaya atəş açıb. Qazgireyeva Nazran şəhərinin xəstəxanasında keçinib. Hadisə nəticəsində bir yaşlı uşaq daxil olmaqla, azı beş nəfər yaralanıb.

İnquşetiya rəsmiləri qətli onun peşəkar fəaliyyətilə əlaqələndirir və qatillərin axtarıldığını bildirirlər.

İnsident bir neçə gün bundan əvvəl Dağıstanda Daxili İşlər nazirinin snayper tərəfindən qətlə yetirilməsindən sonra baş verir.

XS
SM
MD
LG