Ukraynanın şərqində xilasetmə qrupu dünən kömür mədənində baş vermiş qəzadan sonra itkin düşmüş şaxtaçıların axtarışını davam etdirirlər.
Qəzadan sonra azı 6 şaxtaçının cəsədi tapılıb, 7 şaxtaçının isə hələ də yerin altında olduğu bildirlir.
Donetsk yaxınlığındakı rəsmilərin dediyinə görə, dünən mədənə qaz sızması nəticəsində baş verən partlayış zamanı 51 şaxtaçı işdə olub.
Onlardan 38-si şaxtadan çıxaraq xilas ola bilib.
Xəbər agentlikləri Skoçinski mədənində iş şəraitinin təhlükəli olduğunu bildirirlər.
Ukraynanın Sovet dönəmindən qalma texnika ilə işləyən kömür hasilatı sektoru son illərdə mütəmadi olaraq faciələrlə üzləşir.